Prezident İbrahim Rəisidən açıqlama: İranın Vyanada keçirilən nüvə danışıqlarına ümidi yoxdur
İran prezidenti İbrahim Rəisi Tehran cümə namazı xütbəsindən əvvəl İslam İnqilabının 43-cü ildönümü münasibəti ilə çıxış edib və 22 Behmen (11 Fevral) inqilabının məğzini təşkil edən ünsürlərin düzgün müəyyən edilməsi lazım olduğunu bildirərək, inqilabın dəyərlərini gənc nəslə ötürülməli olduğunu vurğulayıb.
Prezident Rəisi, "Xalqımızın 11 fevral 1979-cu ildə səsləndirdiyi şüarlar bu gün də davam etməlidir. O günlərdə -İstiqlal, Azadlıq, İslam Respublikası və -Nə Şərq, nə Qərb- şüarları səsləndirildi. Bu şüarlar bu gün də söylənməlidir. Biz heç kimin hegemonluğunu qəbul etmirik. İslam Respublikasının dəyərləri dəyişə bilməz" dedi.
Prezident İbrahim Rəisi 1979-cu il İran inqilabının 43-cü ildönümü ilə bağlı televiziya verilişində deyib: “Ümidlərimizi ölkəmizin şərqinə, qərbinə, şimalına və cənubuna bağlayırıq”. İbrahim Rəisi nitqində habelə Vyanada keçirilən danışıqlarda Donald Tramp dövründə ölkənin çıxdığı əsas nüvə sazişinin bərpasına “İranın ümid yoxdur” dedi.
Ülviyyə, Hurriyyet.az