📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

2024-04-29 12:04:11

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. 

Hurriyyet.az xəbər verir ki, bununla bağlı president.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.