📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident İlham Əliyev, italiyalı həmkarı Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.

2024-06-02 11:22:46

 Prezident İlham Əliyev, italiyalı həmkarı Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.

Hurriyyet.az

“Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətləri məmnunluq doğurur. Siyasi, ticari-iqtisadi, enerji, müdafiə, humanitar və digər sahələrdə əlaqələrimiz çoxtərəfli qaydada birgə fəaliyyətimiz ilə müşayiət olunur. Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda yer alıb