📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gedir

2024-08-21 23:15:04

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gedir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistana dövlət səfəri edəcək.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutacaq.

Daşkənd şəhərində Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın birinci iclası və yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır. \\APA