📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib

2025-11-17 22:29:41

Prezident

Azərbaycan Prezidenti İlham Əliyev "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Hurriyyet.Az-ın məlumatına görə, dövlət başçısı Əsasnamənin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Prezidentin imzaladığı sənədə əsasən, Nazirlər Kabineti Nümunəvi Əsasnamənin tələbləri nəzərə alınmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.