📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO

2024-06-26 09:17:19

Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO

Prezident İlham Əliyev Natiq Qasımovla bağlı imzaladığı Sərəncam haqda paylaşım edib.

Hurriyyet.az xəbər verir ki, Prezidentin paylaşdığı fotonun üzərində bu sözlər yazılıb:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)”.