📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident: Növbəti illərdə Türkiyə ilə dostluğumuz daha yüksək səviyyədə olacaq

2023-06-13 13:52:00

Prezident: Növbəti illərdə Türkiyə ilə dostluğumuz daha yüksək səviyyədə olacaq

Növbəti illərdə dostluğumuz və qardaşlığımız hər zaman olduğu kimi, yüksək səviyyədə olacaqdır.

Hurriyyet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla geniştərkibli görüş zamanı deyib.

“Bu gün biz sizinlə artıq baş-başa görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı beynəlxalq faktordur. Sabitlik, inkişaf və təhlükəsizlik faktorudur”, - deyə dövlət başçısı qeyd edib./Yenisabah.az/