Prezident onlara yüksək vəzifə verdi - Sərəncam
2022-09-26 16:47:00
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin edilib.
Hurriyyet.az ASCO-nun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
24 sentyabr 2022-ci il tarixli Sərəncamlara əsasən, ASCO-nun Hüquq departamentinin rəisi Zaur Nağıyev və Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyevə sədr müavini vəzifəsi həvalə olunub.

Zaur Mirzəyev

Tariyel Nağıyev