📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident onu da vəzifəsindən azad etdi

2023-03-01 17:35:00

Prezident onu da vəzifəsindən azad etdi

Mədəniyyət Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin bu gün imzaladığı daha bir sərəncamla Azad Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi postundan azad edilib.

Xatırladaq ki, 45 yaşlı A.Cəfərli 2021-ci ilin fevralında sözügedən Xidmətin rəisi təyin edilmişdi.

qafqazinfo.az