📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident polşalı həmkarına məktub göndərdi

2026-11-10 13:26:12

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb.

Hurriyyet.net  xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.