Prezident qaçandan sonra ölkədə fövqəladə vəziyyət elan edildi
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Prezident Qotabaya Racapaksanın hərbi təyyarə ilə ölkəni tərk eləməsindən sonra dövlət başçısız qaldığından Şri-Lankada fövqəladə vəziyyət elan edilib. Bu barədə məlumatı AFP-yə Prezident Aparatının mətbuat katii Dinouk Kolombej verib.
Şri-Lankanın Miqrasiya Xidmətindən verilən məlumata görə, Racapaksa bu gün səhərin erkən saatlarında ölkənin əsas hava limanından qalxan Antonov-32 markalı hərbi təyyarə ilə ölkəni tərk edib. Verilən məlumata görə, prezidentin həyat yoldaşı və bir mühafizəçisinin də olduğu, ümumilikdə 4 nəfərin mindiyi təyyarə onları Maldiv adalarına qaçırdıb.
Ölkədəki ağır iqtisadi böhran səbəbindən baş verən etirazlar nəticəsində parlament sədrinə bu gün istefa edəcəyini bildirən Racapaksa ötən bazar ertəsi günündən bugünkü tarixə istefa ərizəsi yazaraq, parlamentin sədrinə göndərib.
Hürr Tərcüman