📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini Blinkenə bildirib

2023-09-26 23:47:14

Prezident qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini Blinkenə bildirib

Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesi həyata keçirilir.

Bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.

Dövlət başçısı hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyini və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyini ABŞ tərəfinə bildirib.

Son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb.\\Ölkə.az