Prezident: "Qarabağ müharibəsində Albaniyanın dəstəyini yüksək qiymətləndiririk" - VİDEO
2022-11-15 17:00:00
"Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub".
Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib.
"Biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğaldan azad etdik. Beynəlxalq hüququ və ədaləti bərpa etdik", - dövlət başçısı deyib.
Bizim.Media