📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident qızıl medal qazanan idmançıları təbrik etdi

2021-08-28 13:21:00

Prezident qızıl medal qazanan idmançıları təbrik etdi

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qızıl medallar qazandıran idmançılarımızı təbrik edib.

HURRİYYET.az xəbər verir ki, dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!”