📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident: "Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək"

2022-01-12 19:54:00

Prezident:

"Deməliyəm ki, sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək”.

Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

"Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq – 240 meqavatt gücündə külək elektrik stansiyası. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür”, - dövlət başçısı əlavə edib. \\Qaynarinfo