Prezident Samuxa səfər edib - Fotolar - Yenilənib
2023-08-07 15:16:00
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də Samux rayonuna səfər edib.
Hurriyyet.az xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Samux şəhərində ucaldılmış abidəsini ziyarət edib.
***
İlham Əliyev avqustun 7-də Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
***
Prezident Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.







