Prezident seçkiləri ərəfəsində paytaxta raket atıldı
2022-10-13 14:05:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Bağdadda hökumət binalarının və xarici ölkələrin səfirliklərinin yerləşdiyi Yaşıl Zonaya raket hüvumu edilib.
Hadisə İraqda Prezident seçkiləri ərəfəsində baş verib.
İraqın rəsmi mətbuatı 9 raket zərbəsinin atıldığını, hücumda asayiş qüvvələri əməkdaşlarının və mülki vətəndaşların yaralandıqlarını xəbər verib.
Yaralıların dəqiq sayı, hücumun kimlər tərəfindən törədildiyi barəsində hələlik dəqiq məlumat verilmir.
Yaşıl Zonada yerləşən İraq parlamentində bu gün Prezident seçkiləri keçiriləcək.
Hürr Tərcüman