Prezident Şuşada forum iştirakçıları ilə görüşəcək
2024-07-20 16:00:58
Bu gün Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumuna start verilir.
Hurriyyet.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, bir qədər sonra Prezident İlham Əliyevin forumun iştirakçıları ilə görüşü olacaq.
Görüş dövlət televiziyası vasitəsilə birbaşa yayımlanacaq.