📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident üç səfiri geri çağırdı

2026-08-07 15:52:50

Prezident üç səfiri geri çağırdı

Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Ölkə başçısı həmçinin Xəzər Nadir oğlu Fərhadovu Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

Prezidentin digər sərəncamı ilə İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyadakı, eyni zamanda Bruney Darüssalamdakı səfiri vəzifəsindən geri çağırılıb.