Prezident və xanımı Xocavənd və Xocalı rayonlarına səfər ediblər
2023-12-20 16:03:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər.
Hurriyyet.az xəbər verir ki, onlar Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.
AZƏRTAC