📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident yeni alınmış xüsusi təyinatlı texnikalarla tanış oldu

2022-12-09 11:04:00

Prezident yeni alınmış xüsusi təyinatlı texnikalarla tanış oldu

Dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.