📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident yeni rektor təyin etdi - SƏRƏNCAM

2022-05-19 13:10:00

Prezident yeni rektor təyin etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Ş.M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Hurriyyet.az xəbər verir ki, Sərəncamla Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.