📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident yol təmirinə 8,1 milyon manat ayırdı

2024-02-29 14:03:19

Prezident yol təmirinə 8,1 milyon manat ayırdı

Prezident İlham Əliyev “Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Hurriyyet.az xəbər verir ki, Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon manat ayrılıb.

qafqazinfo.az