Prezident Zelenski 3 ölkə arasında yeni alyansı elan etdi
Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniya və Polşa ilə yeni əməkdaşlıq formatının yaradıldığını açıqlayıb. Bu barədə TASS məlumat yayıb.
“Biz Ukrayna, Böyük Britaniya və Polşa arasında Avropada siyasi əməkdaşlığın yeni formatını yaradırıq və dövlətimiz üçün maliyyə sabitliyini təmin edirik”, deyə prezident Zelenski bildirib. O əlavə edib ki, Ukraynaya diplomatik dəstək indi 2014-cü ildən bəri ən yüksək səviyyədə olsa da, ölkə hələ də yalnız özünə arxalanır.
Qeyd olunur ki, yeni alyans rəsmi olaraq fevralın 1-də Böyük Britaniya və Polşanın baş nazirləri Boris Conson və Mateuş Moravetskinin iştirakı ilə təsdiqlənə bilər. Eyni zamanda, Boris Conson bir gün əvvəl koronavirusa yoluxmuş ölkənin XİN-nin rəhbəri Liz Trass ilə əlaqə saxlayıb. Məlum olub ki, XİN naziri yalnız COVID-19 testinin mənfi çıxdığı təqdirdə Ukraynaya gedəcək.
Ülviyyə, Hurriyyet.az