Prezident Zelenski ruslara müraciət etdi: Rus hərbçilərini Ukraynadan aparın
Ukrayna prezidenti Vladimir Zelenski ruslara hərbiçilərini Ukrayna ərazisindən Rusiya Federasiyasına aparmağı tövsiyə edib. "Pravda.com.ua" xəbər verir ki, bu barədə Zelenski müraciətində bildirib.
"Əminəm ki, ukraynalıların müvəqqəti Melitopola daxil olan ruslara etiraz etdiyi videonu hamınız görmüsünüz. Əminəm ki, onlar harasa daxil olublarsa, bu müvəqqətidir, o adamlar yemək axtaran işğalçıları dükanlarından qovduqları kimi biz də bu işğalçı hərbçiləri qovacağıq. Bunlar hegemon dövlətin döyüşçüləri deyil, istifadə edilmiş çaş-baş qalmış uşaqlardır. Onları evlərinə aparın”, deyə Zelenski bildirib.
"Ukraynalılar, hər bir işğalçı bilməlidir ki, burada heç nə qazanmayacaqlar, heç kimi tabe etməyəcəklər. Hətta onlar bura daha çox insan və daha çox texnika töksələr belə, bu, onlar üçün heç nəyi dəyişmir. Hara getsələr, məhv olacaqlar. Heç bir yerdə onlara sakitlik olmayacaq, yemək olmayacaq, burada bircə dənə də olsun sakit anı olmayacaq. İşğalçılar ukraynalılardan ancaq bir şey alacaqlar - cavab, şiddətli cavab... ", deyə Zelenski ifadə edib.
Ülviyyə, Hurriyyet.az