📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentdən başsağlığı

2024-08-12 16:17:01

Prezidentdən başsağlığı

Prezident İlham Əliyev Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya başsağlığı verib.

Hurriyyet.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

San-Paulu ştatında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.