Prezidentdən Cabbar Musayevlə bağlı sərəncam
2026-02-09 14:37:04
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin edilib. C.Musayev bu təyinatadək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Fevralın 9-da Ali Məclis Cabbar Musayevin Naxçıvan Muxtar Respublikasına Baş nazir təyin edilməsi ilə bağlı qərar qəbuledib.