Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam
2026-10-16 14:46:22
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi Sərəncam imzalayıb.
Hurriyyet.net bununla bağlı President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:
Astanov Elvin Əmrah oğlu
Qasımov Ramil Famil oğlu
Məmmədov Pərvin Rasim oğlu
Musayev Oloxan İsayeviç.