📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentdən “Naxçıvan TV” ilə bağlı - Fərman

2024-08-15 15:40:31

Prezidentdən “Naxçıvan TV” ilə bağlı - Fərman

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) siyahısı genişlənib.

Hurriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, siyahıya aşağıdakı qurumlar əlavə edilib:

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı;

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı”.