📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentdən qərar: Bu vəzifə hərbçilərə həvalə edildi

2024-05-23 19:45:16

Prezidentdən qərar: Bu vəzifə hərbçilərə həvalə edildi

Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Azərbaycan Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə edilib.

Hurriyyet.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilməsi ilə mümkün olub.

Qanuna əsasən, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq, fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.