📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentdən strateji addım - Nazirliyə həlledici səlahiyyət verildi

2026-04-11 18:21:33

Prezidentdən strateji addım - Nazirliyə həlledici səlahiyyət verildi

Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əsasnaməsində mühüm dəyişikliklər edib.

Fərmana əsasən, Nazirlik onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy verə biləcək.

Beləliklə, dövlət başçısının imzaladığı yeni fərmanla Nazirlik ölkənin torpaq fondunun idarə edilməsi, ərzaq təhlükəsizliyi və milli müdafiə məsələlərində mərkəzi "rəyverici instansiya"ya çevrilir.

Fərmanın ən diqqətçəkən məqamlarından biri meşə fondu torpaqları ilə bağlıdır. Artıq müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi zamanı ETSN-in rəyi həlledici olacaq. Bu, xüsusilə işğaldan azad edilmiş ərazilərdə və strateji zonalarda hərbi infrastrukturun qurulması prosesində operativliyi təmin edəcək.