📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentin Bolqarıstana səfəri başa çatdı - Fotolar

2023-04-25 18:03:00

Prezidentin Bolqarıstana səfəri başa çatdı - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri başa çatıb.

Hurriyyet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev və digər rəsmi şəxslər yola salıblar.