📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentin köməkçisi: Meyitlərin toplanması üçün sülhməramlılar ilə iş aparılır

2023-09-22 15:00:01

Prezidentin köməkçisi: Meyitlərin toplanması üçün sülhməramlılar ilə iş aparılır

Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır.

Hurriyyet.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair “X” platformasında qeyd edib.

“Mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycanın hərbi və mülki şəxsi heyəti mülki şəxslərə yardım edir və bundan sonra da edəcək”, - Prezidentin köməkçisi qeyd edib.