📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin statusu yüksəldildi

2023-06-09 16:43:00

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin statusu yüksəldildi

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.

Hurriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət qulluğu haqqında” qanununa dəyişikliyi təsdiqləyib.

Bundan başqa, səlahiyyətli nümayəndənin müavinlərinin inzibati vəzifələrin ikinci təsnifatına, eləcə də nümayəndəlikdə mütəxəssislərin vəzifələri isə inzibati vəzifələrin üçüncü təsnifatına daxil edilib.