📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Prezidentin tapşırığı ilə Türkiyəyə dəstək ən yüksək səviyyədə həyata keçirilir" — Ziyafət Əsgərov

2023-02-07 20:37:00

"Bu gün qardaş Türkiyənin yaşadığı hadisə böyük bir faciədir".
Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Komitə sədri daha sonra bunları əlavə edib:
"Türkiyədə dağıntılar zamanı dünyasını dəyişmiş insanlara Allahdan rəhmət diləyirəm, yaralıların isə tezliklə sağalmasını arzulayıram. Türkiyənin dərdi bizim dərdimizdir, sevinci də sevincimizdir. Türkiyə bizə qardaş və doğma ölkədir. Bizim öz millətimizdir. Təəssüf ki, bu böyük faciə nəticəsində minlərlə insan həyatını itirdi. Təbii ki, Türkiyəyə ilk yardım Azərbaycan tərəfindən gəldi. Türkiyəyə dəstək məsələsi bu gün cənab Prezidentin tapşırığı ilə ən yüksək səviyyədə həyata keçirilir. Xalqımız da əlindən nə gəlirsə, Türkiyəyə yardım edir. Bundan sonra da edəcək. Bütün Türkiyə xalqına, millətinə səbr arzulayıram. Bu dərdi yüngülləşdirmək üçün onlara həmdərdik, ürəyimiz onlarla bir yerdədir".