📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentin təltif etdiyi vəzifəli şəxs işdən çıxarıldı

2026-02-09 10:17:18

Prezidentin təltif etdiyi vəzifəli şəxs işdən çıxarıldı

Zaqatala Rayon İcra Hakimiyyətinin iki əməkdaşı vəzifəsindən azad olunub.

Hurriyyet.org oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Sənədə əsasən, icra hakimiyyətinin baş məsləhətçiləri Ruqiyyət Sultanova və Zəminə Qostiyeva dövlət qulluğunda çalışmanın son yaş həddi ilə əlaqədar tutduqları vəzifələrdən azad ediliblər.

Xatırladaq ki, R.Sultanova Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.