Prezidentin Türkiyəyə səfəri başa çatıb
2021-11-13 13:15:00
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 13-də başa çatıb.
Hurriyyet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.