📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Prezidentin xarici siyasətini dəstəkləyirik, daxili siyasətinin isə əleyhinəyik" - İLQAR MƏMMƏDOV

2023-10-17 11:59:19

"Müharibədən sonrakı 3 ili dəyişikliklər baxımından ölkənin itirdiyini hər kəsə deyib göstərən də bizik"

"Kimsə öz təsəvvürünə sığışdıra bilirsə ki, mən prezident İlham Əliyevin daxili siyasətinə mən müsbət qiymət vermiş ola bilərəm, o şəxsin təsəvvürləri təcili təmir tələb edir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov qeyd edib.

Prezidentin xarici siyasətini dəstəklədiyini deyən partiya sədri sonda haqlı çıxdığını bildirib: "Xarici siyasətini dəstəklədiyimizi illərdir göstəririk. Bir çoxları deyinsə də, haqlı çıxdıq. Daxili siyasətinə isə daim qarşı olmuşuq, bu gün də əleyhinəyik. Müharibədən sonrakı 3 ili dəyişikliklər baxımından ölkənin itirdiyini hər kəsə deyib göstərən də bizik. Başqa cür təsəvvür kiminsə ağlına necə yerləşə bilər - bunu anlamaq olmur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az