Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - Ölən var
2025-03-06 21:55:13
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb.
Hurriyyet.Az xəbər verir ki, hadisə Ağdam-Füzuli yolunda baş verib.
Belə ki, Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.
Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.