📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Tehrana səfər edəcək

2023-10-03 13:10:52

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Tehrana səfər edəcək

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də axşam saatlarında İranın paytaxtı Tehran şəhərinə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə “Nour News” portalı məlumat yayıb.

Bildirilib ki, X.Xələfov İranın bir sıra yüksək rütbəli rəsmiləri ilə görüşməyi və onlarla regiondakı vəziyyəti müzakirə etməyi planlaşdırır. Onun kiminlə görüşəcəyi açıqlanmayıb.

Qeyd olunur ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Tehranda səfərdədir. Səfər zamanı o, artıq iranlı həmkarı Əli Əkbər Əhmədiyan, həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkə Prezidenti İbrahim Rəisi ilə görüşüb.