📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənib

2026-08-24 12:16:37

Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir.

Hurriyyet.media  xəbər verir ki, səfərin 2-ci günü Buxara şəhərində davam edəcək.

Səfərin işıqlandırılması üçün media heyəti artıq Buxara şəhərindədir.

***

Hazırda Buxara Hava Limanında Azərbaycan Prezidentinin qarşılanması üçün hazırlıqlar görülür.

***

Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənd şəhərindən Buxara şəhərinə gəliblər.

Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.