📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentlər atəşkəsin detallarını razılaşdırdılar

2025-03-20 00:27:59

Prezidentlər atəşkəsin detallarını razılaşdırdılar

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski telefon danışığı zamanı atəşkəsin detallarını müzakirə ediblər.
Tramp Zelenskiyə Ukrayna ətrafında vəziyyətin nizamlanması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə dialoqunun məzmunu barədə məlumat verib.
Tramp və Zelenski atəşkəs rejiminin parametrlərini razılaşdırıb və onun praktikada tətbiqi yollarını müzakirə ediblər.
Bundan əlavə, Zelenski cəbhədəki hazırkı vəziyyətdən danışıb və hərbi əsirlərin azad edilməsi məsələsini qaldırıb. Razılaşmaların təfərrüatı açıqlanmayıb./teleqraf