📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentlər Lukaşenko ilə şəkil çəkdirməkdən imtina ediblər

2023-12-01 14:27:02

Prezidentlər Lukaşenko ilə şəkil çəkdirməkdən imtina ediblər

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Litva, Latviya və Polşa dövlətlərinin prezidentləri – Qitanas Nauseda, Edqars Rinkeviç və Ancey Duda BMT-nin BƏƏ-də keçirilən İqlim Dəyişiklikləri Çərçivə Konvensiyası tərəfdarları Konfransının iştirakçılarının kollektiv fotoşəklində iştirakdan imtina ediblər. Səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun da orada olması olub. Bu barədə məlumatı Litva Prezidentinin mətbuat xidməti yayıb. Mətbuat xidmətinin açıqlamasında deyilir: “Rusiyanın Ukraynaya hücumu üçün əməliyyat meydanına çevrilmiş və bu hərbin ətraf mühit üçün fəlakətli nəticələri üçün məsuliyyət daşıyanlardan biri olan dövlətin başçısı ilə çiyin-çiyinə dayanmaq ikiüzlülük olardı. Bu cür şəkillər ailə fotosu adlandırılır. Lukaşenko isə bizim mənsub olmaq istədiyimiz ailənin üzvü deyil”.

Hürr Tərcüman