Prezidentliyə namizəd qətlə yetirildi
2023-08-10 10:23:00
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ekvadorun hazırda iqtidarda olan Prezidenti Gilyermo Lasso rəqibi, prezidentliyə namizəd, “Ekvadoru qururuq” hərəkatının lideri Fernando Vilyavisensyun seçkiqabağı mitinq zamanı qətlə yetirilməsi xəbərini təsdiqləyib. Lasso sosial şəbəkədəki paylaşmasında baş verən hadisədən şoka düşdüyünü və hiddətləndiyini, cinayətin cəzasız qalmayacağını, qətllə əlaqədar təcili iclas keçirdiyini yazıb.
Ekvadorda prezident seçkilərinin birinci turu 20 avqust tarixində keçiriləcək.
Hürr Tərcüman