Prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15-ə çatdı
2023-12-23 17:12:36
Prezidentliyə namizəd olmaq üçün daxil olan müraciətlərin sayı 15-ə çatıb.
Hurriyyet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib.
Onun sözlərinə görə, 7 namizədin müraciəti artıq təsdiqlənib, 8-nin müraciətinin təsdiqi üçün işlər görülür.