📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Priqojin döyüşçülərini Baxmutdan çıxarmağa başlayır

2023-05-25 13:21:00

Priqojin döyüşçülərini Baxmutdan çıxarmağa başlayır

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti öz bölmələrini Baxmut şəhərindən çıxarmağa başlayıb.

Hurriyyet.az “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin rəhbəri Yevgeni Qriqojin açıqlayıb.

Qeyd olunur ki, bu, Priqojinin “Vaqner” bölmələrinin Baxmutu tərk etməsinə dair ilk açıqlaması deyil. Belə ki, o bu barədə ilk məlumatı mayın 5-i elan etsə də, proses baş tutmayıb.

Xatırladaq ki, Priqojinin daha əvvəlki açıqlamasına görə, “Vaqner” Baxmut uğrunda döyüşlərdə 20 min itki verib.