“Priqojin dublyordan istifadə edir” – Pentaqon rəsmisi
2023-07-08 12:44:00
Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin lideri Yevgeni Priqojin öz fəaliyyətini gizlətmək üçün dublyordan istifadə edə bilər.
Hurriyyet.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Gizli kəşfiyyat məlumatlarını müzakirə edərkən adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi deyib ki, Priqojin qiyamdan sonra çox vaxt Rusiyada olub.
“Onun Belarusda olub-olmaması bəlli deyil . Priqojin hərəkət traektoriyasını gizlətmək üçün yəqin ki, dublyordan istifadə edir”, - açqlamada deyilir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vaqner” PMC liderinin harada olması ilə bağlı sualı cavablandırmaqdan imtina edərək bildirib ki, “hökumətin onun hərəkətini izləməyə nə imkanı, nə də arzusu var”.
AzPolitika.info