📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PRİQOJİN RƏSMƏN TƏSDİQLƏDİ – Baxmutda 30 min rus hərbçi həlak olub

2023-05-05 15:54:00

PRİQOJİN RƏSMƏN TƏSDİQLƏDİ – Baxmutda 30 min rus hərbçi həlak olub

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin son videomüraciətində Baxmut uğrunda gedən döyüşlərdə hər gün 100 hərbçisinin öldüyünü deyib.

Hurriyyet.az xəbər verir ki, Priqojin bu açıqlamasıyla bir növ Qərb kəşfiyyatının Rusiyanın itkiləri ilə bağlı yaydığı hesabatları təsdiqləyib.

Belə ki, Baxmutda 2022-ci ilin 18 avqust tarixində başlayan döyüşlər, artıq 10 aydır davam edir. Priqojinin açıqlamasına əsasən, əgər “Vaqner” Baxmutda gündəlik 100 hərbçi itirirsə bu, 1 ay ərzində 3 min, 10 ayda isə 30 000 rus əsgərinin öldüyü analamına gəlir.

Xatırladaq ki, Qərb rəsmiləri indiyədək Baxmutda 20-30 min arası rus hərbçisinin öldüyünü, onlardan 20 min nəfərinin “Vaqner” qrupunun üzvləri olduğu bildirilirdi.

Onu da qeyd edək ki, yaralanan hərbçilələri nəzərə aldıqda birlikdə Rusyanın Baxmutdakı itkilərinin bundan dəfələrlə çox olduğu güman edilir. ABŞ kəşfiyyat xidmətinin bugünlərdə açıqladığı son hesabatda Rusiyanın son 5 ayda Baxmut və digər döyüş bölgələrində 100 min hərbçi itirdiyi bildirilirdi.

Azpolitika.info