Priqojin: “Şəhəri “de-yure” aldıq”
2023-04-03 12:06:00
Hurriyyet.az xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin vaqnerçilərin Ukraynanın Donetsk vilayətindəki Baxmut şəhərinin inzibati binasını ələ keçirdiklərini bildirib.
Əsasən keçmiş məhkumlardan ibarət muzdlu yaraqlıları ətrafına toplamış Priqojinin mətbuat xidmətinin Teleqram kanalındakı açıqlamasında deyilir: “2023-cü il aprelin 2-si. Üstündə “Vladlen Tatarskinin xatirəsinə” yazısı olan Rusiya bayrağını Baxmut şəhər administrasiyasının üzərinə qaldırdıq. Hüquqi cəhətdən Baxmut alınıb”.
Hürr Tərcüman