“Priqojin uğur qazansaydı, gürcü tankları Soçidə olacaqdı”
Hurriyyet.az xəbər verir ki, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təmsilçisi İrakli Kobaxidzenin sözlərinə görə, Rusiyada “Vaqner” özəl hərbi şirkətininin qiyam cəhdi zamanı Gürcüstan müxalifətinin bəzi nümayəndələri tanklarla Abxaziyaya, Sənubi Osetiyaya və hətta Soçiyə daxil olmağı planlaşdırırmışlar.
Kobaxidze öz “Feysbuk” səhifəsində yazıb: “Kollektiv Milli Hərəkatın (Gürcüstan müxalifətinin ümumi adı – red.) Priqojinə necə azarkeşlik elədiyini, ona şüarlar və şeirlər həsr elədiyini və Priqojinin uğurlar qazanacağı təqdirdə tanklarla təkcə Abxaziya və Tsxinvaliyə girməyi yox, həm də Soçini almağı planlaşdırdığını xatırlayırıq”.
Siyasətçinin sözlərinə görə, müxalifət bu cür imkanları olacağı halda, “tanklarla Abxaziya ilə Tsxinvaliyə daxil olmaq üçün ilk şansdan istəfadə edəcəyini” gizlətməyib.
Partiya başçısı qeyd edib ki, Gürcüstanda ikinci cəbhənin açıqlacağı təqdirdə, abxazlar və osetinlərlə də döyüşməli olacaqdılar. Kobaxidze yazıb: “Gürcülərlə abxazların, gürcülərlə osetinlərin yenidən bir-birinin qanını axıtması yolverilməzdir. Bu, gələcək nəslin qarşısında ən böyük cinayət olardı”.
Hürr Tərcüman